Onlayn ictimai-siyasi qəzet
Rusiya İctimai Palatasının suverenlik məsələləri üzrə komissiyasının sədri, yeni regionların inteqrasiyası üzrə koordinasiya şurasının həmsədri Vladimir Roqov Ukrayna tərəfdən Rusiyaya qarşı təxribatların yüksək ehtimalı barədə danışıb.
Roqov “RİA Novosti” agentliyinə müsahibəsində təxribatların yanvar ayında baş verə biləcəyini bildirib. “Bizə operativ məlumat daxil olur ki, Kiyev Rusiyanın regionlarına qarşı qanlı təxribat hazırlayır”, - Vladimir Roqov qeyd edib.
Siyasətçinin fikrincə, mümkün təxribatın məqsədi Zelenski və onun əlaltılarının danışıqlarda sərfəli mövqelərə nail olmaq, həmçinin onun köməyi ilə Qərb ölkələrini Ukrayna Silahlı Qüvvələrinə maliyyə ayırmağa davam etməyə inandırmaq istəyidir.
Vladimir Roqov əlavə edib ki, Ramşteyn hərbi bazasında yanvarın 7də keçiriləcək sammit zamanı, eləcə də ABŞ prezidenti Donald Trampın andiçmə mərasimindən bir gün əvvəl, yanvarın 20-də “qanlı təxribat”lar gözlənilir. (Publika.az)
07 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ