Onlayn ictimai-siyasi qəzet
2024-cü ilin iyul ayında Rusiyada əhalinin nağd dollar satışı alışını 34 üstələyib. Onlayn formada da satışlar alışlardan 27 faiz çox olub.
Musavat.com TASS-a istinadən xəbər verir ki, bu nəticələr Rusiyanın Standard Bankının apardığı araşdırmada əldə olunub.
Araşdırmada valyuta mübadiləsində dolların payının ən yüksək olduğu qeyd edilir: “Dollar valyuta mübadiləsində ənənəvi olaraq prioritetdir. İyulda onun konvertasiyalarının sayı avronunkundən 2,3 dəfə çox olub. Bu zaman alınandan 34 faiz çox Amerika dolları satılıb”.
Bankın məlumatına görə, Avropa valyutasının satışına tələb dollardan təxminən iki dəfə yüksək olub: avrolar onlayn və oflayn rejimdə alınandan daha çox satılıb: müvafiq olaraq 54 faiz və 60 faiz.
Tədqiqat həmçinin göstərib ki, rusiyalılar valyutanı nağd şəkildə çevirməyə üstünlük verirlər: 2024-cü ilin iyul ayında əməliyyatların 91 faizi oflayn, 9 faizi isə onlayn həyata keçirilib. İyulda nağd valyuta mübadiləsi də konvertasiyaların ümumi həcminə görə lider olub.
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ