İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada dəhşətli qəzaya düşən azərbaycanlı çəkdiyi bu VİDEO ilə gündəm oldu

Rusiyada Azərbaycan vətəndaşının düşdüyü dəhşətli qəzadan sonra yaşananlar sosial şəbəkələrdə gündəm olub.

Musavat.com-un xəbərinə görə, hadisə bir neçə saat əvvəl baş verib.

Azərbaycanlı sürücünün idarə etdiyi yük maşınına arxadan başqa bir yük maşını çırpılıb.

Meyvə-tərəvəz daşıyan azərbaycanlı sürücünün yük maşını tamamilə yararsız hala düşüb. Sürücü paramparça olan maşından sağ çıxa bilib. İzləyicilər sürücünün sağ qalmasını möcüzə kimi qəbul ediblər.

Sürücünün həmin qəzadan sağ çıxması hər kəsi təəccübləndirdiyi kimi, onun qəzadan sonra çəkdiyi bu görüntülər də sosial şəbəkələrdə geniş marağa səbəb olub. Sürücü video çəkən zaman qəzanın necə baş verdiyini izah etməyə çalışıb. Hadisə yerinə gələn təcili yardım xidmətinin əməkdaşları isə sürücünün çəkilişi bitirməsini gözləyiblər.

Xəstəxanaya çatdırılan sürücünün vəziyyətinin yaxşı olduğu bildirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Sentyabr 2025

14 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR