İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada DƏHŞƏTLİ QƏTL: Polkovnik tabeliyindəki 7 əsgəri güllələtdirib

Rusiya ordusunun Qərb Hərbi Dairəsinə tabe olan 6-cı motoatıcı diviziyasının komandiri Marat Ospanov tabeliyində olanların əsgərlərin güllələnməsi əmrini verib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, rusiyalı hərbçi əsgərlərinə qarşı törədilən, işgəncə faktını gizlətmək üçün 7 hərbçinin həyatına son verib.

Yerli jurnalistlər qətl barədə Rusiya İstintaq Komitəsinin diviziya komandanlığına qarşı cinayət işinin başlanması barədə qərarından öyrəniblər. Onlar açıq mənbələrdən hərbçilərin ölümü ilə bağlı məlumatı yoxlayıb və həlak olanların yaxınları ilə danışıblar.

Verilən informasiyaya görə, 6-cı Diviziyanın əsgərləri hələ 2023-cü ilin yazında pis rəftardan şikayət etməyə başlayıbıar. Bu bölmənin rəisi, polkovnik Marat Ospanov 2023-cü ilin mayında tabeliyində olan şəxslərin saxlanılması barədə göstəriş verib. O, öz müavini polkovnik Stanislav İvanisova hərbçilərin qapalı yerdəsaxlanmasını təşkil etməyi tapşırıb və digər müavini polkovnik Yevgeni Malışkonu hərbi qulluqçuların “qətllərinə” cavabdeh təyin edib.

Rusiya müstəntiqlərinin işində 19 qurbanın adı keçir. Onların hamısı müxtəlif vaxtlarda işğal altındakı Luqansk vilayətindəki evlərin zirzəmilərində saxlanılıb. Əsgərlərin saxlandığı otaqlarda nə tualet, nə də yataq yerləri olub, onlara yemək və su verilməyib, həmçinin işgəncələrə məruz qalırdılar.

Həmin əsgərlərdən 11 nəfəri 2023-cü ilin sentyabr ayının əvvəlində - istintaq başladıqdan sonra sərbəst buraxılıb.

Ötən ilin iyul ayının əvvəlində, Marat Ospanov yeddi rus əsgərinin öldürülməsini əmr edib:

- 1307-ci motoatıcı alayın hərbi qulluqçuları - kapitanlar Nikolay Kozlovski və Yuri Snytnikov;

- serjantlar Artur Qalimov və İqor Kolomiytsev;

- Yefreytor Aleksey Averu;

- həmçinin 1008-ci alayın leytenantı Valeri Qruşetski;

- 1486-cı alayın baş leytenantı Artem Fadeyev.

Müstəntiqlərin fikrincə, bölmə rəhbərliyi qanunsuz saxlanma və işgəncələri gizlətmək üçün onları öldürmək qərarına gəlib.

Ospanov bunula bağlı öncə Malışkoya göstəriş verib, o da öz növbəsində mayor Yevgeni Boriskin, gizir Yevgeni Çukanov, baş gizir Gennadi Muroy və baş serjant Roman Timonini həmin işə cəlb edib.

İyulun 4-də səhər saat 4.00-da onlar məhbusları zirzəmidən çıxararaq “UAZ Patriot” markalı avtomobillə Donetsk vilayətinin Baxmutskoye kəndinə aparıblar. Burada həmin əsgərləri bir zirzəmiyə salaraq oraya F-1 piyada əleyhinə müdafiə qumbarasını tullayıblar. Daha sonra sağğ qalan hərbçiləri tapança ilə öldürüblər. Borisov "tapançadan ən azı 7 atəş açdığı" iddia edilir, bundan sonra hərbçilər cəsədləri və maşını yandırıblar.

2024-cü ilin martında Ospanov və digərlərinə qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz həbs və adam öldürmə maddələri ilə cinayət işi açılıb. Borisov iddia edilən qətldən iki həftə sonra cəbhədə həlak olub. O, "İgidliyə görə" medalı və "İgidliyə görə" ordeni ilə təltif edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR