Onlayn ictimai-siyasi qəzet
Bir müddət əvvəl Azərbaycanda yaranan “köhnə dollar” problemi Rusiyada da üzə çıxıb.
Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, rusiyalılar həm yerli, həm də xarici banklarda və valyutadəyişmə məntəqələrində köhnə nağd dollarları qəbul etməkdən kütləvi imtinalarla üzləşirlər
“Rossiyskaya qazeta”ya danışan ATOR-un vitse-prezidenti Artur Muradyan bildirib ki, problemin kökünü tapmaq mümkün olmayıb: “Bu ağrılı bir mövzudur, nə ABŞ Xəzinədarlığı, nə də Federal Ehtiyatlar Sistemi nəğd pulların qəbulu ilə bağlı heç bir açıqlama verməyiblər. Çox tez-tez belə bir vəziyyətlə qarşılaşırıq ki, Rusiyada xaricə getməzdən əvvəl köhnə əskinaslar satılır, xaricdə isə yeni növ tələb olunur”.
Onun sözlərinə görə, 2023-cü ildə rusiyalı turistlər ən çox nağd dollarla bağlı çətinliklərdən şikayətləniblər, çünki bu, onlar üçün xoşagəlməz sürpriz olub. 2024-cü ildə vəziyyət yaxşılaşdığı üçün deyil, səyahət agentləri insanları əvvəlcədən xəbərdar etməyə başladığı üçün şikayətlər azalıb. Lakin problem getdikcə ağırlaşır və maliyyə qurumları izahat vermirlər: “Artıq Rusiyada insanlar elə bir vəziyyətlə üzləşiblər ki, onlardan endirimsiz köhnə dollarlar alınmır”.
Qəzetin yazdığına görə, Rusiya bankları köhnə əskinasları qəbul etmək istəməmələrini sonradan özlərinin onları satmaqda çətinlik çəkmələri ilə izah edirlər.
Musavat.com
04 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ