Onlayn ictimai-siyasi qəzet
Rusiyada saxlanılan Özbəkistan vətəndaşını meşədə ölümə tərk edən polis əməkdaşları saxlanılıb.
Musavat.com podrobno.uz saytına istinadla xəbər verir ki, bu barədə Dövlət Dumasının deputatı Yevgeni Fyodorov danışıb.
Hadisə bu il mayın 19-da Moskva vilayətinin Likino-Dulevo şəhərində baş verib. Polis sərxoş vəziyyətdə ictimai asayişi pozan 45 yaşlı Özbəkistan vətəndaşını saxlayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları onu polis bölməsinə aparmaq əvəzinə, “hava almaq” üçün onu meşəyə aparıblar. Bundan sonra polis əməkdaşları pulu, sənədi, telefonu, paltarı və ayaqqabısı olmayan adamı meşənin dərinliklərində qoyub gediblər.
Özbəkistan vətəndaşının yaxınları onu axtarışa veriblər və bir neçə gün sonra meşədə miqrantın meyidi tapılıb.
Deputatın mənbəsinin sözlərinə görə, Moskva yaxınlığındakı Orexovo-Zuyevodan olan Daxili İşlər Nazirliyinin üç əməkdaşına qarşı meşəyə apardıqları miqrantın hansı şəraitdə ölməsi ilə bağlı araşdırma aparılıb. Onlar işdən çıxarılıblar və vəzifə səlahiyyətlərindən sui-istifadə etdiklərinə görə mühakimə olunacaqlar.
"Mağara millətçiləri! Bu cür Rusiya istəyirsiniz?" – Yevgeni Fyodorov hadisə barədə Telegram kanalında danışıb.
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ