Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Rusiyada bir çox işçilər kütləvi şəkildə bonus və mükafatlardan məhrum edilməyə başlayıb. Xüsusilə menecerlər, İT mütəxəssisləri və əmlak agentləri (rieltorlar) bu vəziyyətdən narazılıq edirlər.
Rusiya mətbuatının yazdığına görə, bu addımın əsas səbəbi artan iqtisadi çətinliklərdir.
Belə ki, son aylarda ölkədə vergi yükünün ciddi şəkildə artması, Rusiya Mərkəzi Bankının əsas faiz dərəcəsini yüksəltməsi biznes qurumlarının maliyyə resurslarını məhdudlaşdırıb. Nəticədə bir çox şirkət əməkdaşlara əlavə ödəniş, bonus və mükafat vermək imkanından məhrum olub.
Musavat.com
30 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ