Onlayn ictimai-siyasi qəzet
Başqırdıstanda (Rusiya) etirazçılarla xüsusi təyinatlı qüvvələr (OMON) arasında toqquşma baş verib. Səbəb Kuştau dağının mühafizəsi hərəkatının fəalı Fail Alsınovun “nifrət və ya düşmənçiliyi qızışdırmaq”da ittiham olunaraq 4 il müddətinə azadlıqdan məhrum edilməsi olub.
Məlumata görə, aprel ayında Alsınov qızıl hasilatına qarşı mitinqdə çıxışı zamanı “kara xalıq” (“qara xalq”) ifadəsini işlədib.
Alsınovun hökmü elan edildikdən dərhal sonra Başqırdıstanda kütləvi etirazlar başlayıb. Məhkəmə binasının qarşısındakı meydanda Alsınovu dəstəkləmək üçün toplaşan yüzlərlə aksiyaçı ilə hüquq-mühafizə qüvvələri arasında qarşıdurma yaşanıb, saxlanılanlar var.
Mediada yayılan məlumatlara görə, regionda “WhatsApp” da bloklanıb.
Mənbə: Orda.kz
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ