İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada azərbaycanlılara qarşı nə baş verir? - Rus deputatlardan ŞOK ÇAĞIRIŞ

Rusiyalı depuatlar “azərbaycanlıları Rusiyadan qovmaq lazımdır” cümləsindən tutmuş “azərbaycanlıların diaspora təşkilatlarını dağıtmaq lazımdır” cümləsinə qədər ağızlarına gələni danışırlar.

Musavat.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu qeyd edib.

Politoloq bildirib ki, onlar Rusiyadakı azərbaycanlı bizmesmenləri də hədəf göstərirlər. Araz Ağalarov və Qod Nisanov kimi tanınmış işadamlarına problem yaratmağı Kremlə “məsləhət” görürlər.

"Halbuki, Rusiyadakı azərbaycanlı işadamlarının mütləq əksəriyyəti yaşadıqları ölkənin vətəndaşlarıdır, Rusiya pasportunun daşıyıcılarıdır. Azərbaycan əleyhinə danışan Rusiya Dövlət Dumasındakı deputatların əksəriyyəti bu ölkənin hakim partiyasının üzvləridir. Deməli, elə Kremldəkilər də bunlar kimi düşünürlər. Bu kimi açıqlamaların ardınca, azərbaycanlı miqrantlara qarşı zorakılıq hallarının artacağını proqnozlaşdırmaq olar, hətta Rusiyadakı şovinist qüvvələrin yatmış hücrələrdən çıxaraq təxribatlara əl atacaqları da istisna deyil. Bütün bunlar ona görə baş verir ki, Kreml raketlə vurulan təyyarəyə və öldürülən insanlara görə məsuliyyət daşımaq istəmir" - E.Şahinoğlu əlavə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Fevral 2025

08 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR