Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Perm diyarında məktəbli avtobusunun yoldan çıxaraq qəza törətməsi nəticəsində 15-i uşaq olmaqla 16 nəfər yaralanıb.
Musavat.com TASS-a istinadən xəbər verir ki, Rusiyanın region üzrə İstintaq Komitəsinin İstintaq İdarəsinin mətbuat xidməti məlumat yayıb.
“Yol-nəqliyyat hadisəsində 16 nəfər xəsarət alıb, o cümlədən 15 həddi-büluğa çatmamış şəxs”, - məlumatda qeyd olunub.
Bildirilib ki, ümumilikdə nəqliyyat vasitəsində 20 nəfər olub.
Faktla bağlı araşdırma aparılır.
28 Noyabr 2024
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ