İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada ağır yol qəzasında ana və 4 övladı yanaraq ölüb

Rusiya Federasiyasının Mordoviya Respublikasında üç avtomobilin toqquşması nəticəsində dördü uşaq olmaqla beş nəfər həlak olub.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Məlumata görə, əvvəlcə “Lada Largus” və “Mercedes” toqquşub. Bu zaman minik avtomobili qarşıdan gələn zolağa çıxıb və yük maşını ilə toqquşub. Toqquşma nəticəsində “Lada Largus” yanıb, avtomobilin bütün sərnişinləri ölüb.

İlkin məlumata görə, “Largus”u 1986-cı il təvəllüdlü qadın idarə edib, avtomobildə həmçinin dörd sərnişin – onun azyaşlı uşaqları olub.

Faktla bağlı cinayət işi açılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR