İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada 24 yaşlı vyetnamlı qadına çağırış vərəqəsi verilib – FOTO

Moskvada Rusiya vətəndaşlığını qəbul etmiş Vyetnam əsilli 24 yaşlı gənc xanıma çağırış vərəqəsi təqdim edilib.

Məlumata görə, Nquyen Vu Hoanq Anh 2020-ci ildə Rusiya vətəndaşlığını alıb. O, Moskva Maliyyə Universitetində oxuyub və hazırda “Lamoda” onlayn mağazasında analitik işləyir.

Nquyen bildirib ki, bu yaxınlarda mülki geyimli iki nəfər onun evinə gələrək çağırış vərəqəsini veriblər. Qadının sözlərinə görə, onun hərbi işlərlə və tibblə heç bir əlaqəsi yoxdur və hərbi qeydiyyata düşməyib.

Hadisədən sonra qadın izahat almaq üçün hərbi komissarlığa gedib və əməkdaşlardan məsələnin araşdırılacağı barədə vəd alıb.//Oxu.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR