İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Zaporojyedə sakinlərin “təxliyəsini” həyata keçirmək istəyir



Rusiya Zaporojye vilayətinin sakinlərini işğal altındakı digər rayonlarına köçürmək istəyir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Zaporojyedə “təyin etdiyi” “qubernator” Yevgeni Balitski məlumat yayıb. Onun sözlərinə görə, insanların işğal altındakı Krıma və Rusiyanın öz regionlarına təxliyəsi bu gün nəzərdə tutulmayıb.

Qeyd edək ki, Xerson sakinlərinin doğma yurdlarından köçürülməsinə hələ bu ilin oktyabr ayından başlanlıb. Halbuki bundan əvvəl Xerson sakinlərinə “istirahət və sağlamlıq  üçün” Rusiyaya getməyi təklif edirdilər. Noyabrda rus qoşunları Ukrayna ordusunun uğurlu əks-hücum əməliyyatı nəticəsində Xersondan və ümumiyyətlə, Dnepr çayının sağ sahilindən geri çəkilib.

Bu ilin may ayında hakim “Vahid Rusiya” partiyasının Baş Şurasının katibi Andrey Turçak işğal olunmuş Xerson vilayətinə səfəri zamanı “Rusiya həmişəlik buradadır” demişdi. Avqust ayında isə şəhərdə “Xerson əbədi Rusiya ilə” yazısı ilə plakatlar asılmışdı.

Turçak Rusiyanın hətta formal olaraq ilhaq etmədiyi Xarkov vilayətinin Kupyansk şəhərinə Rusiyanın “əbədi” gəlməsindən də danışırdı. Tezliklə rus qoşunları həmin şəhəri də tərk etməyə məcbur oldular.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR