Onlayn ictimai-siyasi qəzet
Moskvanın Şerbinski Rayon Məhkəməsi Rusiyanın sərbəst güləş üzrə gənclərdən ibarət yığmasının məşqçisi Əlişiri İsmatzodanı terror fəaliyyətinə yardım etməkdə ittiham edərək barəsində həbs qərarı çıxarıb.
Musavat.com xəbər verir ki, bu barədə TASS-ın müxbiri məhkəmə zalından məlumat yayıb.
Məhkəmənin qərarı ilə İsmətzode Əlişiri barəsində avqustun 28-dək həbs qətimkan tədbiri seçilib.
Prokurorluq iddia edir ki, İsmatzodanın hazırda Tacikistanda terrorizmə görə mühakimə olunan və Suriyada hərbi əməliyyatlarda iştirak edən qohumu var. Bundan əlavə, İsmatzodanın mənzilində axtarış zamanı ekstremist ədəbiyyat aşkarlanıb. Müstəntiqin sözlərinə görə, təqsirləndirilən şəxs terror fəaliyyətinə görə məhkum olunmuş və ya bu cinayətlərdə şübhəli bilinən şəxslərə pul köçürüb.
Öz növbəsində, vəkillər onun təqsirsizliyində israr edirlər və hesab edirlər ki, istintaqda İsmətzodanın ona qarşı irəli sürülən cinayətdə iştirakını göstərən kifayət qədər dəlil yoxdur. Məhkəmədə müdafiəçiləri onun ev dustaqlığına buraxılmasını istəyiblər.
Əlişiri İsmatzoda Düşənbədə anadan olub, 2015-ci ildə Rusiya Dövlət Bədən Tərbiyəsi, İdman və Turizm Universitetini bitirib, sərbəst güləş üzrə Rusiyanın idman ustası, yunan-Roma güləşi üzrə idman ustalığına namizəddir. Bir müddət Moskvanın sərbəst güləş komandasının baş məşqçisi vəzifəsində çalışıb, sonra isə sərbəst güləş üzrə Rusiya qadın komandasının baş məşqçisi olub. İndiyədək o, Rusiya kişilərdən ibarət gənclər yığmasının məşqçisi kimi fəaliyyət göstərib.
Musavat.com
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ