İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya yeni hücumlara belə hazırlaşır - ŞOK FOTO

Rusiya ordusu Ukraynanın Krıma mümkün hücumuna qarşı geniş hazırlıq görür.

Musavat.com xəbər verir ki, 2014-cü ildə ilhaq etdiyi yarımadanı itirmək istəməyən Rusiya hərbçiləri sərhəddə səngərlər qazıb.

ABŞ-ın “Maxar” peyk təsviri şirkətinin “Washington Post” qəzetinə təqdim etdiyi görüntüləri şərh edən ekspertlər bildirirlər ki, Rusiya ordusu Krımın yaxın gələcəkdə müdafiə olunmalı olduğunu düşünür. 

Peyk görüntülərində kilometrlərlə uzanan xəndək şəbəkələri və tank tələləri əks olunub.

Həftələrlə davam edən qazıntılar zamanı Rusiya, hətta yarımadanın sahillərini də möhkəmləndirib. Sovet dövründən qalma xəndək qazma maşını olan BTM-3-dən istifadə edən ordu işi sürətləndirmək üçün inşaat şirkətinin əməkdaşlarını də cəlb edib.

Rusiyanın iş elanları saytlarına görə, inşaatçılara Krımda xəndəkləri taxta və betonla doldurmaq üçün günə 90 dollar təklif olunur.

WhatsApp Image 2023-04-10 at 12.49.37.jpeg (67 KB)

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR