İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya yenə də supermarketi vurdu, azı 14 ölən var

Ukraynanın Donetsk vilayətindəki Konstantinovka şəhərini atəşə tutan Rusiya hərbçiləri supermarketi vurublar.

14 nəfərin həlak olduğu, daha 35 nəfərin yaralandığı xəbər verilir.

Ukrayna daxili işlər naziri İqor Klimenko deyib ki, ticarət mərkəzində 1000 kvadratmetr sahəni əhatə edən yanğın söndürülüb.

Prezident Volodimir Zelenski hadisə barəsində X platformasında yazıb:

“Rusiya terrorçuları adi supermarketi və poçt idarəsini vurublar. Dağıntılar altında qalanlar var. Xilasetmə əməliyyatı davam edir. Adamları xilas etmək üçün nə lazımdırsa ediləcək”.

Bundan başqa Rusiya hərbçilərinin atəşi nəticəsində yaşayış evlərinə, mağazalara, onlarca avtomobilə ziyan dəyib.//Azadlıq Radiosu 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR