İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya XİN Zelenskinin Ermənistana mümkün səfərinə münasibət bildirib

Ukrayna Prezidenti Volodimir Zelenskinin Ermənistana səfəri ilk növbədə Ermənistan və Ukraynanın diplomatik qurumları tərəfindən təsdiqlənməlidir.

"Report" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə "News.ru"nun sualını cavablandırarkən deyib.

"İlk növbədə, bu iki dövlət buna münasibət bildirməlidir", - o vurğulayıb.

Xatırladaq ki, fevralın 23-də Ermənistanın “Faktor TV” nəşri mənbələrinə istinadən V.Zelenskinin Ermənistana səfərinə hazırlıq barədə məlumat yayıb. Bildirilmişdi ki, səfərin vaxtı hələ müəyyən edilməyib, lakin güman ki, bu, mart ayında baş tutacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR