İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya XİN rəhbəri Zelenski haqda danışdı: "Fikrini tez-tez dəyişir"

Qərb Minsk razılaşmalarına məhəl qoymamaq üçün Ukrayna prezidenti Vladimir Zelenskidən Rusiyaya qarşı istifadə etdi.

Milli.Az bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "India Today" telekanalına müsahibəsində deyib.

"Düşünürəm ki, Qərb ondan (Zelenski) Rusiyaya qarşı sadəcə olaraq istifadə etdi. Onun Minsk razılaşmalarına məhəl qoymamaq istəyini gücləndirmək üçün hər şeyi etdilər", - Rusiya XİN rəhbəri deyib.

Lavrovun sözlərinə görə, Zelenskinin sözlərini ciddi müzakirə etmək olmaz, çünki o, öz nöqteyi-nəzərini daim dəyişir.

"Prezident Zelenskinin dediklərini ciddi müzakirə edə bilmərəm, çünki o, öz nöqteyi-nəzərini daima tamamilə əks istiqamətlərdə dəyişir", - deyə diplomatik şöbənin rəhbəri Donbass uğrunda döyüşün sona qədər davam edib-etməyəcəyi və orada sülh olub-olmayacağı sualına cavab verib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR