İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya XİN-dən Matviyenkonun Bakı səfərinin nəticələri ilə bağlı AÇIQLAMA

Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun martın 16-17-də Bakıya səfərinin nəticələri həm Rusiya, həm də Azərbaycan tərəfdən yüksək qiymətləndirilib.

Bunu “NEWS.ru”nun müxbirinin sualını cavablandıran Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, bu səfər həm iki ölkənin mətbuatında, həm də bütövlükdə dünyada geniş işıqlandırılıb:

“Proqram çox zəngin olub. Valentina Matviyenko Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilib, Birinci vitse-prezident Mehriban Əliyeva, Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşlər keçirib, parlamentlərarası əməkdaşlıq üzrə ikitərəfli komissiyanın 22-ci iclasının açılışında iştirak edib”.\\“Report” 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Mart 2025

BÜTÜN XƏBƏRLƏR