İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya XİN: "Baltik regionunda nüvə silahı yerləşdirmək barədə danışmaq hələ tezdir"

"İsveç və Finlandiya NATO-ya daxil olacağı təqdirdə Rusiyanın Baltik regionunda nüvə silahı yerləşdirmək barədə danışmaq hələ tezdir".

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.

“Hələlik, bu barədə danışmaq tezdir”-deyə rusiyalı diplomat vurğulayıb.

Qruşko bildirib ki, Rusiyanın Finlandiya və İsveçə qarşı düşmənçilik niyyəti yoxdur:

"Üzvlük rəsmiləşəndə ​​hadisələrin necə inkişaf edəcəyi ilə bağlı təxmini təsəvvürümüz var. NATO ölkələri dərhal şimal cinahının çox həssas olduğunu, Rusiya ilə sərhədin 1300 km olduğunu bəyan edəcəklər. İndi NATO ilə Rusiya arasında sərhəd təqribən 1300 km artıb. Bu sərhəd qorunmalıdır. Ona görə də ora əlavə qüvvə kontingentini yerləşdirmək lazımdır və sair”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR