Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Xerson vilayətinə endirdiyi zərbələr nəticəsində 3 nəfər ölüb, daha iki nəfər yaralanıb.
Musavat.com xəbər verir ki, bu barədə Xerson vilayət administrasiyasının rəhbəri Aleksandr Prokudin məlumat verib.
“İyunun 25-də Rusiya qoşunları Xerson vilayətinin üç sakinini qətlə yetirib. Belə ki, Krasnıy Mayak kəndində ruslar FPV dronu ilə 55 yaşlı bir kişiyə hücum ediblər. O, ağır xəsarətlər alıb. Bundan əlavə, Sofiyivka kəndində kənd təsərrüfatı müəssisəsi atəşə tutulub, nəticədə 38 yaşlı fəhlə həyatını itirib. Rusiyanın Belozerski rayonunda yerləşən Tavriçeskiyə endirdiyi zərbə nəticəsində 1987-ci il təvəllüdlü daha bir kişi həlak olub”, – deyə Prokudin bildirib.
Həmçinin, Rusiyanın iyunun 24-də Dnepr şəhərinə endirdiyi raket zərbəsi nəticəsində ölənlərin sayının 20-yə yüksəldiyi də bildirilir.
Dnepropetrovsk vilayət administrasiyasının rəhbəri Sergey Lısak bildirib ki, iyunun 25-i axşam saatlarından etibarən ruslar Nikopol bölgəsinə hücumları dayandırmayıb. Onlar ağır artilleriyadan, FPV dronlardan istifadə edib və pilotsuz uçuş aparatlarından sursat atıblar.
Musavat.com
26 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ