İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya və İran müdafiə nazirləri Moskvada danışıqlar aparıb

İranın müdafiə naziri Əziz Nəsirzadə Moskvada rusiyalı həmkarı Andrey Belousov ilə görüşüb.

“Report”un məlumatına görə, bu barədə İranın Rusiyadakı səfiri Kazım Cəlali IRNA agentliyinə müsahibəsində bildirib.

“Görüşün məqsədi müdafiə və hərbi sahədə ikitərəfli əməkdaşlığı gücləndirmək olub”, - o qeyd edib.

Səfirin sözlərinə görə, Nəsirzadə, həmçinin iyulun 20-də Kremldə İranın ali dini liderinin müşaviri Əli Laricaninin Rusiya Prezidenti Vladimir Putinlə görüşündə də iştirak edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR