Onlayn ictimai-siyasi qəzet
Almaniyanın xarici işlər naziri Annalena Berbok vurğulayıb ki, son həftələr və aylar ərzində Rusiya qoşunları Ukraynanın istilik və su təchizatı infrastrukturuna qəsdən hücum ediblər.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Berbok bununla bağlı aşağıdakı iddianı səsləndirib:
“Putin insanları qışda donduraraq öldürmək məqsədi ilə əvvəlki illərdəkindən daha böyük "soyuq müharibə"yə can atır".
Burbok hesab edir ki, Avropa İttifaqı Ukraynanı yeni “qoruyucu qalxan”la təmin etməlidir. Berlin ilin sonuna qədər Ukrayna ordusuna daha dörd IRIS-T hava hücumundan müdafiə sistemi və əlavə Gepard zenit-top tanklarını təhvil verməyi planlaşdırır. "Ukraynada insan həyatını qorumaq üçün hava hücumundan müdafiə hələ də ən vacib şeydir", - nazir əlavə edib.
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ