İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Ukraynanı “Kinjal” raketləri ilə VURDU - 9 NATO zabiti HƏLAK OLDU

Rusiya ordusu dünən Ukraynanın Xmelnitski vilayətinin Starokonstantinov hərbi aerodromuna raket zərbələri endirib.

Musavat.com telegram kanallarına istinadən xəbər verir ki, hücum nəticəsində 6 amerikalı və 3 fransız da daxil olmaqla 9 NATO Hərbi Hava Qüvvələri qərargahının zabiti həlak olub.

Məlumata görə, 7 britaniyalı təlimatçı və Niderlanddan olan 6 texniki mütəxəssis ağır yaralanıb.

Bildirilib ki, iki "F-16" qırıcısı, bir "SU-24" ön xətt bombardmançısı, həmçinin 15-ə qədər “Storm Shadow”/SCALP EG qanadlı raketləri “Kinjal” hipersəs raketi ilə məhv edilib.

Amerika əsgərlərinin ölümü ilə bağlı məlumatları sosial şəbəkələrdə müvafiq mesajlar dərc edən yaxınları dolayısı ilə təsdiqləyir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR