İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Ukraynanı 100-ə yaxın raketlə vurub

Yanvarın 2-də Rusiya qüvvələri Ukraynanı müxtəlif tipli 100-ə yaxın raketlə vurub. Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski bildirib. O, qeyd edib ki, Rusiya mümkün qədər çox zərər vermək üçün trayektoriyalarını xüsusi hesablayıblar.

"Bu, tamamilə qəsdən törədilmiş terrordur. Məhz son bir neçə gündə, dekabrın 29-dan bu günə qədər Rusiya artıq Ukraynaya qarşı 300-ə yaxın raket və 200-dən çox kamikadzedən istifadə edib. Heç bir dövlət belə hücumları dəf etməyib. Pilotsuz təyyarələr və raketlər, o cümlədən aeroballistik silahlar", - Zelenski deyib.

Prezident havanı qoruduqlarına görə hərbçilərə təşəkkür edib və ukraynalıları xüsusilə bu günlərdə hava hücumu siqnallarına diqqət yetirməyə çağırıb. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR