İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Ukraynada toplam 100-dən çox "Bayraktar" vurduğunu iddia edir

Rusiya Kosmik Qüvvələrinin baş komandanının müavini general-leytenant Andrey Demin bildirib ki, hava hücumundan müdafiə sistemləri (ADS) Ukraynada hərbi əməliyyatlar başlayandan bəri 100-dən çox “Bayraktar” pilotsuz uçan aparatı məhv edib.

Musavat.com-un “RİA Novosti”yə istinadla verdiyi xəbərə görə, o, qeyd edib ki, Amerikanın “Global Hawk” (RQ-4) və “Reaper” (MQ-9) pilotsuz təyyarələri və Türkiyənin “Bayraktar”ı ilə mübarizədə praktiki olaraq heç bir prinsipial fərq yoxdur.

Deminin sözlərinə görə, Rusiya hərbçiləri xüsusi əməliyyatın bütün dövrü ərzində 100-dən çox "Bayraktar" pilotsuz təyyarəsini vurmağa nail olub.

Mart ayında Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev demişdi ki, Türkiyənin "Bayraktar" pilotsuz təyyarəsi “elə də fantastik deyil”.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR