İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya-Ukrayna müharibəsinin başlamasından 1 il keçdi

Bu gün Rusiya-Ukrayna müharibəsinin başlamasından 1 il keçir.

Musavat.com xatırladır ki, ötən il başlayan müharibə 2014-cü ildən davam edən Rusiya-Ukrayna münaqişəsinin aktiv fazasıdır.

Bildirək ki, Rusiya Prezidenti 2022-ci ilin 22 fevralında Donetsk və Luqanskın müstəqilliyini tanıdığını bəyan edib.

Bundan sonra, 24 fevralda Rusiya Ukraynaya hərbi müdaxilə etməyə başlayıb. Rusiya Prezidenti bunu “xüsusi hərbi əməliyyat” adı altında rəsmiləşdirib.

Rusiya Belarus ərazisindən də istifadə etməklə Kiyevə hücuma başlayıb, lakin bir müddətdən sonra hərbi uğursuzluqlara düçar olub.

Rusiya Kiyev, Sum, Çerniqovu işğal etsə də, orada möhkəmlənə bilməyib və qoşunlarını bu regionlardan geri çəkib.

Rusiyanın bu taktiki məğlubiyyətləri sonrakı etaplarda da davam edib. Lakin Rusiya Ukraynanın dörd vilayətini - Donetsk, Luqansk, Xerson və Zaporejye vilayətlərini özünə birləşdirdiyini elan edib.

Bununla belə ilhaq edilən ərazilərin dəqiq bir xəritəsi yoxdur və həmin ərazilərdə müharibə davam etməkdədir.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR