İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya-Ukrayna müharibəsində jurnalistlər də əsgərlər kimi hədəf altındadır

Rusiyanın Ukraynaya müdaxiləsindən bu yana 35 jurnalist hədəf halına gəlib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Ukraynanın insan hüquqları üzrə müvəkkli Lüdmila Denisova məlumat yayıb.

Xanım Denisova artıq 3 jurnalistin həlak olduğunu bildirir. Bunların arasında hərbi müxbir Viktor Dudar (Nikolayev şəhərindəki hərbi əməliyyatlar zamanı öldürülüb), “Live” telekanalın operatoru Yevgeni Sakun (Kiyevin bombalanması zamanı həyatını itirib) və ABŞ-ın “The New York Times” qəzetinin reportyoru Brent Reno (İrpen mühasirəsi zamanı qətlə yetirilib) var.

Denisova jurnalistlərin rus hərbçilərin qəsdən açdıqları atəş nəticəsində yaralandığını qeyd edib. Məsələn İsveçrəli jurnalist Giyom Brikenin “press” yazılmış zirehli avtomobili Nikolayev şəhərindən hərəkət edərkən rus əsgərləri tərəfindən gülləbaran olunub.

Çexiyanın “Vaxpot” qəzetinin iki əməkdaşı Mayda Slamova və Voytex Boqaç da Rusiya hərçbilərin hücumuna məruz qalıb. Danimarkanın “Eksta-Bladet” qəzetinin müxbirləri Stefan Vayhert və Emil Filtenborq Mikkelsen güllə yarası alıblar.

Rusiya ordusnun əsgərləri Böyük Britaniyanın “Sky News” telekanalının yayım qrupuna da hücum ediblər. Hadisə baş müxbir Stüart Remzi və onun 4 həmkarının Kiyevdən qaytıması zamanı baş verib. Güllələrdən biri Remzinin kürəyinə dəyib. Üstünə iki dəfə atəş olunan operator Riçi Mokleri isə əynindəki zirehli gödəkçə xilas edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR