Onlayn ictimai-siyasi qəzet
ABŞ Dövlət Departamentinin məlumatına görə, 2022-ci ilin fevralında Rusiyanın işğalından sonra Vaşinqton bu ölkəyə təxminən 65,9 milyard dollar hərbi yardım göndərib.
Musavat.com xəbər verir ki, ABŞ-ın verdiyi imkanlar Ukraynanın cəbhədə əlini gücləndirir.
Qərb ekspertlərinin fikrincə, hava hücumundan müdafiə sistemləri başda olmaqla, ABŞ-ın verdiyi bütün dəstəyi Avropa İttifaqının verməsi mümkün deyil.
Aİ dəstəyini artırsa belə, ABŞ-ın dəstəyi kəsiləcəyi təqdirdə Ukraynanın orta və uzunmüddətli perspektivdə müharibəni davam etdirə biləcəyi ehtimalı azdır.
Qiymətləndirilir ki, Ukrayna Amerikanın dəstəyi olmadan indiki döyüş gücünü bir neçə ay saxlaya bilər.
Musavat.com
04 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ