Onlayn ictimai-siyasi qəzet
Moskva Bəşər Əsəd rejiminin süqutundan sonra Suriyadakı hərbi mövcudluğu ilə bağlı üç mümkün ssenaridən birini nəzərdən keçirə bilər.
Musavat.com xəbər verir ki, bu barədə "Asharq Al-Awsat" qəzetinin ekspertləri yazıblar.
Birinci ssenari Rusiyanın maraqlarını təmin etməyə ən yaxın olanıdır. Bu ssenaridə Moskvanın yeni Suriya hakimiyyəti ilə hərbi mövcudluğun müəyyən müddətə qorunub saxlanılması barədə razılıq əldə etməsi və 49 illik mövcud razılaşmaları beş il ərzində Rusiya qoşunlarının çıxarılmasını tənzimləyən bir razılıqla əvəzləməsi nəzərdə tutulur.
Bu ssenari Qərbin yeni Suriya hakimiyyətinə Moskva ilə bütün əməkdaşlıqları dayandırmaq üçün təzyiq göstərməsinə qarşı mexanizmlər yaratmağa kömək edə bilər.
İkinci ssenari isə Rusiyanın Lazkiyədəki “Hmeymim” aviasiya bazasından imtina etməsini, lakin Tartusdakı əhəmiyyətli mövcudluğunu qorumağı nəzərdə tutur. Bu, Rusiyanın maraqlarını qoruyur və Qərbin Dəməşqə təzyiqini əhəmiyyətli dərəcədə azaltmağı təmin edir.
Üçüncü ssenari Qərbin qəzəbinə səbəb olmayan bir ssenaridir. Burada Rusiya hər iki bazanı tamamilə tərk etməyə məcbur olur və daha sonra hava və dəniz limanlarından qarşılıqlı istifadəyə dair yeni razılaşmalar əldə etməyə çalışır.
Afaq,
Musavat.com
22 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ