Onlayn ictimai-siyasi qəzet
Çərşənbə günü Moskvada keçirilən danışıqlarda Rusiya, Türkiyə və Suriyanın müdafiə nazirliklərinin rəhbərləri birgə üçtərəfli komissiyanın yaradılması barədə razılığa gəliblər.
Bu barədə cümə axşamı Türkiyə mənbələrinə istinadən məlumat yayılıb.
Qeyd edək ki, çərşənbə günü Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, Moskvada Rusiya, Suriya və Türkiyə müdafiə nazirləri arasında üçtərəfli danışıqlar keçirilib. Tərəflər Suriya böhranı və qaçqınlar probleminin həlli yollarını, həmçinin Suriyada ekstremist qruplarla mübarizədə birgə səyləri müzakirə ediblər.//Oxu.az
12 Oktyabr 2024
11 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ