İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya təzyiq etdi, Serbiya “Krım platforması”na getməkdən vaz keçdi

Serbiya Rusiyanın təzyiqləri nəticəsində “Krım Platforması”nın Xorvatiya paytaxtı Zaqrebdə təşkil olunan birinci parlament sammitində iştirakdan boyun qaçırıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər xəbər verir ki, bu barədə Balkan ölkələrində yayımlanan “N1” kanalı məlumat yayıb.

“N1”in informasiyasına görə, bu məsələ, sentyabrın 16-da Serbiya parlamentinin sədri Vladimir Orliçlə Rusiyanın bu ölkədəki səfiri Aleksandr Botan-Xarçenko arasında baş tutan görüşdən sonra baş verib.

Kanal Botan-Xarçenkonun bu ilin 21 sentyabr tarixdə parlamentə nota verdiyini də xəbər edib.

Rusiya səfiri spiker Orliçi “Krım platforması”na getmək yerinə Moskvaya səfərə dəvət edib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR