İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya tezliklə Ermənistanla... - SENSASİON AÇIQLAMA

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilk növbədə Rusiya ilə bağlıdır və Ermənistan KTMT-nin sammitlərində və ya təlimlərində iştirakdan imtina etdikdə Ermənistan-Rusiya müttəfiqlik münasibətindən imtina edir”.

Musavat.com xəbər verir ki, bunu Ermənistanın müxalifətdə olan Respublika Partiyasının İdarə Heyətinin üzvü, parlamentin keçmiş vitse-spikeri Eduard Şarmazanov deyib.

“Nikol Paşinyan yeni heç nə etmir, sadəcə hakimiyyətə gəldikdən sonra öhdəsinə düşəni həyata keçirir. O, ABŞ prezidentinin təhlükəsizlik üzrə keçmiş müşaviri Con Boltonun 2018-ci ilin sentyabrında dediyini edir: erməni xalqını tarixi stereotiplərindən azad etmək”, - Şarmazanov bildirib.

Onun sözlərinə görə, mahiyyət etibarilə xarici qüvvələr Paşinyanı iki məqsədə nail olmaq üçün hakimiyyətə gətiriblər: Qarabağ münaqişəsinin səhifəsini Azərbaycanın xeyrinə bağlamaq və Ermənistanın xarici siyasət vektorunu dəyişmək.

Şarmazanov bildirib ki, Paşinyan Qərbin Ermənistana gəlməyəcəyini tam dərk edir:

“Çünki Qərb Türkiyənin timsalında bölgəyə “nəzarətçi” təyin edəcək. Mən Paşinyanın bunu başa düşməyəcək qədər axmaq olduğunu düşünmürəm. O, regionda nələrin planlaşdırıldığını yaxşı bilir və buna görə də son illərdə Ankaranın ünvanına tənqidi sözlərdən yayınıb”.

Eduard Şarmazanov Moskvanın indiki passivliyini Ukraynadakı vəziyyətlə əlaqələndirir. Şarmazanova görə, Rusiya Ukraynadakı məsələləri həll etdikdən sonra Ermənistanla məşğul olacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR