İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya terror aktı ilə bağlı beynəlxalq məhkəmələrə müraciət edəcək-Zaxarova

Rusiya “Crocus City Hall” konsert salonundakı terror aktı ilə bağlı beynəlxalq məhkəmələrə müraciət edəcək.

Musavat.com TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova bildirib. Onun sözlərinə görə, müvafiq sənədlər hazırlanır: “Rusiya beynəlxalq məhkəmələrə müraciət etmək niyyətindədir. İndi müvafiq sənədlər hazırlanır. Rusiyanın Ukraynaya antiterror tələblərini təqdim etməsi məcburi prosedurun bir hissəsidir. Bundan sonra hansı addımların atılacağı barədə mütləq məlumat veriləcək",- deyə Zaxarova qeyd edib.

Qeyd edək ki, daha öncə Xarici İşlər Nazirliyi məlumat vermişdi ki, Rusiyanın səlahiyyətli orqanları tərəfindən həyata keçirilən istintaq hərəkətləri Rusiya Federasiyası ərazisində silsilə terror aktlarında, o cümlədən “Crocus City Hall”a hücumda Ukrayna izinin olduğunu göstərir. Bununla əlaqədar, Rusiya Xarici İşlər Nazirliyi Ukrayna hakimiyyətinə Terrorçuluğun qarşısının alınmasına dair Beynəlxalq Konvensiya və Terrorizmin Maliyyələşdirilməsinə Qarşı Mübarizə üzrə Beynəlxalq Konvensiya çərçivəsində bu terror aktında iştirak edən bütün şəxslərin dərhal tutulması və ekstradisiyası tələblərini çatdırıb. Tələblər arasında Ukrayna Təhlükəsizlik Xidmətinin  rəhbəri Vasili Malyukun həbsi də var.

 

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Dekabr 2024

23 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR