İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya telekanalı Ukrayna klublarının avrokubok oyunlarını yayımlamayacaq

Rusiyanın "Matç TV" telekanalı Ukrayna klublarının avrokuboklarındakı oyunlarını canlı yayımlamayacaq.

"Report"un məlumatına görə, bu barədə telekanalın baş prodüseri Vasili Konov yerli mətbuata açıqlama verib.

O bildirib ki, hazırkı vəziyyətdə federal kanalın efirində Ukrayna təmsilçilərinin iştirakı ilə keçirilən oyunları göstərmək düzgün deyil: "UEFA ilə əla münasibətimiz var. Heç bir halda avrokubokların nümayişini azaltmağı planlaşdırmırıq, oyunları mümkün qədər göstərəcəyik".

Qeyd edək ki, daha əvvəl Avropa futbol qurumunun Ukraynadakı müharibə səbəbindən "Matç TV" ilə müqaviləni pozmaq niyyətində olduğu bildirilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR