İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya tanklarının Uqledarda vurulması hərbi rəhbərliyə qarşı qəzəbi artırıb

Xəbər verildliyi kimi Rusiyanın tank kolonu Ukraynanın Uqledar bölgəsində vurulub. Hadisədə xeyli rus əsgərinin öldüyü deyilir.

Musavat.com xarici agentliklərə istinədn xəbər verir ki, bu Rusiyada hərbi rəhbərliyə qarşı növbəti tənqid dalğasına səbəb olub.

ABŞ-da yerləşən Müharibə Araşdırmaları İnstitutunun (ISW) ekspert qrupu bununla bağlı ilkin hesabat yayıblar. İnstitutun mütəxəssisləri baş verənlərə görə Şərq Qrupunun komandiri Rüstəm Muradov və digər komandirlərin məsuliyyət daşıdığını bildirib. ISW hesabatında qeyd olunur ki, Rusiya ordusu əvvəlki səhvləri təkrarlayır və bəzi briqadalar səfərbərliklə cəlb olunan, zəif təlim keçmiş əsgərlərdən təşkil olunub.

RF Silahlı Qüvvələrinin Uqledar yaxınlığındakı çoxlu sayda hərbçi və 30-a yaxın hərbi texnika itirdiyi bəlli olub. Yalnız sonradan Rusiya mənbələri xəbəri təsdiqləyiblər və sosial şəbəkədə həmin döyüşün bir neçə videosu yayılıb. RF Müdafiə Nazirliyi isə vəziyyəti şərh etməyib.

Rus monarxist-şovinist siyasətçi, FTX-nın İqor Strelkov-Girkin, rus tanklarının "sanki atış meydançasındakı hədəflər kimi vurulduğunu" bildirib.

Qeyd edək ki, Uqledara hücumda Sakit Okean Donanmasının 155-ci və 40-cı Dəniz piyadaları və qondarma “DXR”in “qüvvələri” iştirak edir. Hələ ötən ilin noyabr ayında 155-ci briqadanın əsgərləri tərəfindən yüksək itkilərə görə və komandanlığın səhlənkarlığından şikayətlə gəlməyə başlayıb. Dəniz piyadaları dörd gün davam edən döyüşlərdə 300 nəfəri və bütün texnikanın yarısını itirdiklərini bildiriblər. Ukrayna tərəfinin məlumatına görə, ötən ilin yazında bu briqada İrpen və Buçada mülki əhalinin qırılmasında “fərqlənib”.

Hərbi müşahidəçi Pavel Aksyonova görə, videogörüntülərə əsasən, adı çəkilən vriqada və tank kolonunun "kəşfiyyatsız, hava hücumundan müdafiə olmadan, heç bir dəstək vasitəsi almadan" hücuma keçdiyi görünür. Hərbi ekspert Yan Matveyev tankların maneəsiz Ukraynanın pilotsuz təyyarələri tərəfindən görüntüyə alınması bunu sübut edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR