İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya ŞOK İTKİLƏRİNİ belə kompensasiya etməyə çalışır - 2025-ci ildə...

Rusiya Ukraynaya qarşı apardığı müharibədə itkilərini kompensasiya etmək məqsədilə "xüsusi kontingent"dən ən azı 126 min əsgər cəlb etməyi planlaşdırır.

Musavat.com xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi sosial şəbəkədə məlumat yayıb.

"2025-ci ildə işğalçı ordusunun Ukraynaya qarşı apardığı müharibədəki itkilərini kompensasiya etmək məqsədilə Rusiya "xüsusi kontingent" adlanan şəxslərdən ən azı 126 min əsgər cəlb etməyi planlaşdırır", - deyə məlumatda bildirilir.

Bu şəxslər arasında həbsxanalarda cəza çəkən, istintaqda olan, kredit borcları və digər problemləri olan Rusiya vətəndaşları da var.

"Bəzi məlumatlara görə, işğalçı ordusunun itkilərini kompensasiya etmək üçün Moskva hər ay 10 min nəfər "xüsusi kontingent"i səfərbər etməyi planlaşdırır", - deyə qeyd edilir.

Bundan əlavə, 2025-ci ildə Rusiya öz itkilərini kompensasiya etmək məqsədilə ən azı 280 min nəfər səfərbər etməyi planlaşdırır.

Böyük Britaniyanın kəşfiyyat xidmətinin məlumatlarına görə, 2024-cü ildə Rusiya ordusu Ukraynaya qarşı müharibədə rekord itkilər verib. 2022-ci ildə Rusiya 105 960 əsgərini itirib, 2023-cü ildə bu rəqəm 252 940-a, 2024-cü ildə isə 429 660-a yüksəlib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Fevral 2025

24 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR