İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya şirkəti sanksiya səbəbindən Qazaxıstana "köçür"

Rusiyanın motosikletlər istehsal edən “Ural Motorcycles” şirkəti sanksiyalar səbəbindən Rusiyada fəaliyyətini davam etdirə bilmir.

Zavod bundan sonra öz istehsal əməliyyatlarını İrbit şəhərindən (Sverdlovsk vilayəti-red.) Petropavlovska (Şimali Qazaxıstan vilayətinin inzibati mərkəzi-red.) köçürəcək. AzVision.az xəbər verir ki, bu barədə şirkətin rəhbəri İlya Xait məlumat verib.

"Köçmək məcburiyyətindəyik... İndi hətta xaricdən ehtiyat hissələri də gətirə bilmirik. Heç olmasa Qazaxıstandan xarici alıcılara hazır məhsulları göndərə bilərik. Biz nə idxal edə, nə də ixrac edə bilərik. Əgər bunları bacarsaq, böyük idxal tarifləri görürük. Bu rəqəmlər Avstraliyada 35%, Kanadada 35%, ABŞ-da 10%-dir, Yaponiyanı isə ümumiyyətlə motosiklet təmin edə bilmirik", - o qeyd edib.

Şirkət rəhbərinin sözlərinə görə, İrbit Motosiklet Zavodu fəaliyyətini davam etdirəcək, lakin əsas diqqəti korpus elementlərinin istehsalına yönəldəcək. Şirkət İrbitdəki işçilərin bir hissəsini ixtisar etməyi və Qazaxıstanda işçilər tutmağı planlaşdırır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR