Onlayn ictimai-siyasi qəzet
Rusiyanın mobil rabitə şirkəti olan MTS Ermənistandakı törəmə şirkətini Kiprin “Fedilco Group Limited” şirkətinə satışını başa çatdırıb.
Musavat.com xəbər verir ki, bu barədə MTS-in mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, MTS şirkəti “MTS Ermənistan” QSC-nin (Viva-MTS ticarət nişanı) səhmlərinin 100 faizinin “Fedilco Group Limited”ə (Kipr Respublikası) satışı üzrə sövdələşmənin bağlandığını elan edir.
Məlumata əsasən əməliyyata Ermənistan bazarında maliyyə xidmətləri göstərən və “MTS Ermənistan”ın 100 faiz törəmə şirkəti olan MobiDram ödəniş sistemi də daxil olub.
MTS bildirib ki, əməliyyat üçün lazım olan bütün korporativ razılıqlar, eləcə də Ermənistanın tənzimləyici orqanlarından icazələr alınıb.
Məlumatda alqı-satqı müqaviləsinin dəyəri açıqlanmır.
Maraqlıdır ki, “Fedilco Group Limited” şirkətinin sahibləri ofşor zonalarda qeydiyyatdan keçən şirkətlərdir. Ermənistan və Rusiya mətbuatının yazdığına görə, həmin şirkətlərin əsl sahibi Rusiyanın enerji nəhəngi olan “Qazprom”dur...
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ