Onlayn ictimai-siyasi qəzet
"Kanal 13" internet televiziyasının həbsdə olan rəhbəri Əziz Orucovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Musavat.com APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.
Qərara əsasən, şikayət təmin olunmayıb və birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Xatırladaq ki, Səbail Rayon Məhkəməsinin hökmünə əsəsən, Əziz Orucov 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Qeyd edək ki, Əziz Orucov 2023-cü il noyabrın 27-də saxlanılıb. Ona qarşı əvvəlcə Cinayət Məcəlləsinin 188.2-ci (qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə cinayət işi açılıb. Daha sonra Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə əlavə ittiham irəli sürülüb.
Bir qədər əvvəl 206.3.2-ci maddəsi üzrə cinayət işinə xitam verilib.
12 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ