İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya sərhədçiləri Ermənistan-Türkiyə sərhədində əcnəbiləri saxladı  

Ermənistan-Türkiyə sərhədini qanunsuz keçməyə cəhd edən üç əcnəbi vətəndaş saxlanılıb.

Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir. Milli Təhlükəsizlik Xidməti yerli medianın sorğusuna cavab olaraq faktı təsdiqləyib.

Bildirilir ki, Rusiya sərhədçiləri Burastan kəndi yaxınlığında iki Banqladeş vətəndaşını, həmçinin Berkaşat kəndi yaxınlığında Türkiyə vətəndaşını saxlayıblar.

Bundan əvvəl, iyul ayında Rusiya sərhədçiləri sərhəddə Suriyadan olan bir vətəndaşı saxlamışdılar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR