İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya şəhərlərinə DRON HÜCUMU: Saratov və Engels VURULDU - VİDEO

Ukrayna PUA-ları Saratovda neft emalı zavoduna və Engels aerodromuna hücum edib.

Musavat.com telegram kanallarına istinadən bildirir ki, Saratov vilayətinin qubernatoru sənaye obyektinə dəyən ziyan barədə məlumat verib.

Yerli telegram kanalları yanğının "Krekinq" neft emalı zavodunda baş verdiyini yazır.

Engels şəhərinə edilən hücumlarla bağlı Rusiya hakimiyyət orqanları hələ ki, heç bir şərh verməyib.

Rusiya Müdafiə Nazirliyi ölkə ərazisində 40 PUA-nın - 18-i Saratov, 14-ü Rostov, 6-sı Bryansk, 2-si Volqoqrad və 1-i Belgorod vilayətlərində məhv edildiyini açıqlayıb.

@@TVmusavat/108109@@

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR