İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya səfiri Moldovada XİN-ə çağırılıb

Rusiya səfiri Moldova Xarici İşlər Nazirliyinə çağırılıb.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Moldova XİN-dən bildirilib.

Qeyd olunub ki, buna səbəb Rusiyanın Moldovanın hava məkanını pozmasıdır.

Qeyd edək ki, bu gün Rusiyanın Ukraynaya atdığı raketlərdən biri Moldovanın hava məkanına daxil olub. Moldova Müdafiə Nazirliyi məlumatı təsdiqləyib. Bildirilib ki, durum diqqətlə izlənilir. Həmçinin Rusiyanın bu addımı qətiyyətlə pislənilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR