Onlayn ictimai-siyasi qəzet
“Rusiya konsulluğunun xaricdə və hər şeydən əvvəl postsovet məkanında genişləndirilməsi hazırda Rusiya Federasiyası tərəfindən həyata keçirilən bir xətdir”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Rusiyanın Qafanda baş konsulluğunun açılışına hazırlığı şərh edərkən deyib.
“Mən Sünikə tez-tez gedirəm, bu bölgəni çox sevirəm. Budəfəki səfər erməni əhalisinin Dağlıq Qarabağı (Qarabağı-red.) tərk etməsi ilə bağlı yaranmış vəziyyəti nəzərə alaraq spesifik xarakter daşıyıb. Biz onların dərdini öz ağrımız kimi qəbul edirik, çünki bizim əlaqələrimiz çox dərindir, uzunmüddətlidir və erməni xalqının yaşadıqları Rusiyada həmişə şəxsi bir şey kimi qəbul edilib”, - deyə diplomat bildirib.
Son aylarda Ermənistanda yeni impuls almış anti-Rusiya ritorikasından danışan Sergey Kopırkin Rusiyanı eqoist məqsədlər güdməkdə və antierməni sui-qəsdlərində ittiham edən insanları anlamadıqlarını söyləyib.
Onun fikrincə həmin adamların sözləri ilə əslində baş verənlər arasında məntiqi ziddiyyət var. Səfir buna görə iki ölkə arasında iqtisadi əlaqələr necə inkişaf etdiyinə baxmalarını tövsiyə edib. Rusiya-Ermənistan ticarət dövriyyəsi ötən il 5 milyard dollar təşkil edib, bu il isə daha da sürətlə artır: ilk 8 ayda bu, artıq 4 milyard dolları ötüb.
Səfirin fikrincə, Rusiya münasibətləri ilə bağlı ziddiyyətli bəyanatların müəllifləri dediklərinə izahat verməlidirlər.
“Rusiya üçün Cənubi Qafqaz bizim böyük evimizin bir hissəsidir, çünki həqiqətən ondan çox şey asılıdır və bizim üçün bu, həyati regiondur. Aydındır ki, Rusiyanın öz maraqları var və o, həmin maraqlarını həyata keçirəcək. Rusiya Federasiyasının ən mühüm, əsas maraqlarından biri regionun sakit olması, burada başqa hərbi eskalasiyanın olmamasıdır ”, - deyə Kopırkin yekunlaşdırıb.
Kopırkinin sözlərinə görə, Rusiya ilə Ermənistan arasındakı münasibətlər insanlar və xalqlar arasında münasibətlərdir. Ermənilər həmişə Rusiya imperiyasında, Sovet İttifaqında, indi də Rusiya dövlətində çox mühüm rol oynayıblar. Ona görə də Rusiya üçün Ermənistanla münasibətlər sadəcə geosiyasətlə bağlı deyil”.
Musavat.com
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ