İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya səfərbərliyə getmir- Peskovdan AÇIQLAMA  

Son zamanlar Rusiyada Ukraynadakı müharibə ilə əlaqədar səfərbərlik ediləcəyi barədə yayılan iddialar durmadan artır. Kremlin savaşı bitirmək üçün canlı qüvvəni artıracağı bildirilir.

Musavat.com məlumat verir ki, yayılan bu iddialara Kremlin sözçüsü Dmitri Peskov aydınlıq gətirib.

 O, Sputnik-ə açıqlamasında bildirib ki, hazırda Rusiyada səfərbərlikdən söhbət gedə bilməz.

Müvafiq suala “Səfərbərlikdən söhbət gedə bilməz” cavabını verən Peskov Rusiya vətəndaşlarının Müdafiə Nazirliyi ilə müqavilə imzalayaraq hərbi xidmətlərini həyata keçirdiklərini qeyd edib.

Cavanşir ABBASLI
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR