İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya "Şahed"lər üçün yeni taktika tətbiq edir – Ukrayna cavab axtarır  

Musavat.com xəbər verir ki, Rusiya ordusu İran istehsalı olan "Şahed" pilotsuz uçuş aparatlarından (PUA) yeni taktika ilə istifadə etməyə başlayıb.

BILD nəşri yazır ki, əvvəlki hücumlardan fərqli olaraq, dronlar indi hədəfə tək-tək deyil, koordinasiyalı şəkildə hücum edir.

Məlumata görə, PUA-lar hədəfə çatmazdan əvvəl bir neçə kilometr aralıda 2-3 km hündürlükdə toplaşır və sonra eyni anda obyektə hücum edirlər. Bu taktika Ukraynanın hava hücumundan müdafiə sistemlərinə əlavə çətinlik yaradır.

Hazırda Ukrayna Silahlı Qüvvələri (VSU) bu yeni hücum strategiyasına qarşı mübarizə üsulları hazırlayır. Ancaq BILD-in məlumatına görə, əks-taktikanın detalları məxfi saxlanılır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Aprel 2025

31 Mart 2025

BÜTÜN XƏBƏRLƏR