Onlayn ictimai-siyasi qəzet
Rusiya Federasiyası Rostov və Mariupol arasında tam fəaliyyət göstərən dəmir yolu əlaqəsini işə salıb.
Musavat.com xəbər verir ki, Mariupol Şəhər Şurasının məlumatına görə, bu addım Rusiya Silahlı Qüvvələrinin hərbi logistikasını sürətləndirmək məqsədi daşıyır.
Yeni dəmir yolu xətti hərbi texnikanın və sursatların Rostov-na-Donudan Mariupol və Volnovaxaya daşınma müddətini əhəmiyyətli dərəcədə azaldacaq. Bundan sonra Rusiyanın bu marşrutu genişləndirərək Krıma qədər uzatmağı planlaşdırdığı bildirilir.
Bu addım bölgədəki hərbi vəziyyətə və nəzarət mexanizmlərinə ciddi təsir edə bilər. Ukrayna tərəfi isə bu dəmir yolu xəttinin istifadəyə verilməsini Rusiyanın işğal olunmuş ərazilərdə mövqelərini gücləndirmək üçün strateji bir addım kimi qiymətləndirir.
Musavat.com
22 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ