İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya rəsmisindən Zelenski haqqında ŞOK SÖZLƏR - Bu narkoman...

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukrayna Prezidenti Vladimir Zelenskini təhqir edib.

Musavat.com xəbər verir ki, o, Ukrayna liderini “narkoman” adlandırıb.

Bundan başqa, Zaxarova ABŞ Kino Akademiyasına təklif edib ki, Zelenskiyə “Amerikanın qorxu serialında canavar roluna görə” Oskar mükafatı verilsin.

“Zelenski təkcə akademiya mükafatlarının təqdimetmə mərasimində çıxışı yox, həm də “Amerikanın qorxu serialında baş rol” oynadığı üçün mükafat almalıdır. O, ABŞ-ı və onun “narkotik aludəçisi canavar”ını realist şəkildə təsvir edir”, - Rusiya XİN sözçüsü bildirib.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin “Oskar” mərasimində çıxış etmək istəyib, lakin bu, “Akademiya Mükafatları” tərəfindən rədd edilib. Onlar Zelenskinin təklifini müsbət qarşılamayıblar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR