İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya qoşunları bu istiqamətdə hücum əməliyyatlarını bərpa etdi

Rusiya qüvvələri Pokrovsk şəhərini şimal-şərqdən mühasirəyə almaq üçün hücum əməliyyatlarını gücləndirib.

Musavat.com xəbər verir ki, bu barədə mərkəzi Vaşinqtonda yerləşən Müharibənin Tədqiqi İnstitutu (ISW) məlumat yayıb.

ISW-nin analitiklərinin fikrincə, Rusiya qoşunları bütün səylərini Pokrovsk şəhərini mühasirəyə almağa yönəldir:

“Rusiya qoşunları Pokrovskdan şərqdə hücum əməliyyatlarını intensivləşdirməyə başlayıb və yanvarın 1-də yayılan geolokasiya video görüntüləri göstərir ki, onlar bu yaxınlarda Vozdvijenkanı (Pokrovskdan şərqdə) ələ keçiriblər. Yanvarın 5-də yayımlanan videoda Rusiya qoşunlarının Sviridonovka ve Timofeyevkanı ələ keçirdikləri görünür”.

İndi ruslar mexanikləşdirilmiş birliklərin köməyi ilə Pokrovskdan cənubda Yelizavetovkaya irəliləmək istəyirlər.

Rusiyalı “hərbi müxbirlər” Rusiyanın təxribat və kəşfiyyat bölmələrinin Timofeyevkanın şimalında və T-0504 Pokrovsk-Konstantinovka magistral yolu boyunca dayaq nöqtəsi qurduğunu iddia edir. Onlar həmçinin iddia edirlər ki, rus qoşunları Vozdvijenkanın şimalından Baranovka, Vodyanoye Vtoroye və Zelenye Polye istiqamətində irəliləyib. Lakin ISW bu iddiaları təsdiqləmir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Yanvar 2025

07 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR