İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya qazı Avropada "nifaq alması" olacaq - Belçika narazıdır

Belçikanın Energetika Nazirliyinin rəhbəri Rusiya Federasiyasının qazına qarşı sanksiyaların tətbiqinə şübhə ilə yanaşıb.

 Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Belçikanın energetika naziri Tinne van der Straten bildirib ki, Rusiya qazına qarşı sanksiyaların tətbiqi şübhəlidir. 

Nazirin sözlərinə görə, blok öz məqsədinə çatmaq üçün 2027-ci ilə qədər Rusiyada hasil olunan yanacaqlardan imtina etməsi, Moskvanın girovluğuna düşməməsi vacibdir. O, həmçinin qeyd edib ki, Rusiya qazının hələ də yalnız 2,8 faizinin Belçika istehlakçılarına, qalan hissəsinin isə digər ölkələrə tranzit yolu ilə getməsindən narazıdır.

"Bununla yanaşı, Belçika bu yanacağa qarşı sanksiyaların tətbiqini dəstəkləyir", - Van der Straten bildirib. "Lakin belə bir addımın atılacağı ehtimalı azdır, çünki bütün Avropa İttifaqı ölkələrinin dəstəyini tələb edir", - o əlavə edib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR